“Xi Jinping mənim ora Çinə getməyimi istəyir və o, buraya ABŞ-a gəlməyimi istəyir” deyən ABŞ prezidenti Breitbart News-a müsahibəsində mümkün səfərlərin tarixlərinin hələ razılaşdırılmadığını qeyd edib. “Biz çox güman ki, yaxın gələcəkdə, bəlkə də bu ilin sonunda Çinə gedəcəyik. O da bura gələcək”, – Amerika administrasiyasının rəhbəri əlavə edib.
Tramp Çinlə ticarət danışıqlarını da yüksək qiymətləndirib. “Çinlə çox yaxşı münasibətimiz var. [Ticarət sazişi ətrafında] vəziyyət hələ də yaxşıdır. Tarifləri qaldırdım və müəyyən məqamda onlar 145%-ə çatdı, bu isə o deməkdir ki, heç nə etmək mümkün deyil. Yumşaq desək, bu, bir qədər həddən artıq idi və mahiyyətcə, bir ay ərzində ABŞ və Çin arasında ticarəti dayandırdı. Çin bizim üçün çox vacibdir”, – o, yekunlaşdırıb.
İyulun 28-29-da Stokholmda ABŞ və Çin arasında ikitərəfli ticarət danışıqları keçirilib. ABŞ-ın maliyyə naziri Skott Besant onları konstruktiv adlandırıb və deyib ki, o, məsləhətləşmələrə dair hesabatı ABŞ prezidentinə müsbət mənada təqdim etmək niyyətindədir. Bundan sonra Tramp Vaşinqton və Pekin arasında rüsumların tətbiqinin təxirə salınmasına dair razılaşmanın uzadılıb-uzadılmaması ilə bağlı qərar verəcək.