Vətəninfo.az xəbər verir ki, dünyanın ən böyük kriptovalyuta birjası olan Binance-in qurucusu Çanqpenq Zhao maraqlı bir açıqlama verərək ABŞ prezidenti Donald Trampın, Satoshi Nakamoto təxəllüsü ilə gizlənən Bitcoin-in yaradıcısı ola biləcəyini söyləyib.
Zhao, sosial şəbəkədə “Prezident Tramp və Satoşi. Onlar eyni adam ola bilərdilər” yazaraq bu təəccüb doğuran fikrini paylaşdı. Bu iddia, kriptovalyuta icmasında geniş müzakirələrə səbəb olub.
Çanqpenq Zhao-nun açıqlaması, Bitcoin-in yaradılmasının sirli şəxsiyyətləri barədə yenidən suallar doğurub. Satoshi Nakamoto’nun kimliyi hələ də müəyyən edilməyib və bir çox fərqli nəzəriyyələr mövcuddur. Zhao-nun təklif etdiyi bu yeni fikir isə daha bir sual doğurur: görəsən, Bitcoin-in yaradılması ilə bağlı gerçək tarixdə nələr gizlənir?


























