Tramp İran liderinə göndərdiyi məktubda danışıqlar nəticə verməyəcəyi təqdirdə müharibə olacağı ilə hədələyir.
Vətəninfo.az xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Məcid Təxtrəvançi deyib.
İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini dördüncü “Müasir İran Araşdırmaları üzrə Beynəlxalq Konfrans”da Donald Tramp səlahiyyət müddətinin əvvəlində Xameneyiyə göndərdiyi məktubda danışıqlar təklif etdiyini, eyni zamanda danışıqların uğursuzluğa düçar olacağı təqdirdə müharibəyə əl atacağı barədə xəbərdarlıq etdiyini bildirib.


























