ABŞ Prezidenti Donald Tramp, federal hökumətin maliyyələşdirilməsini 2026-cı il yanvarın 30-a qədər təmin edəcək qanun layihəsini imzalayıb. Bu sənəd, ABŞ tarixindəki ən uzun hökumət bağlanmasına son qoyur.
Vətəninfo.az xəbər verir ki, qanun layihəsinin imzalanması ilə ölkədəki müvəqqəti hökumət bağlanması sona çatır. Tramp Ağ Evdə keçirdiyi imzalanma mərasimində bildirib: “Biz bunun yenidən baş verməsinə icazə verə bilmərik. Bu, bu ölkəni idarə etmək üçün düzgün yol deyil.”
“Reuters”in məlumatına əsasən, Tramp, qanun layihəsini imzalamaqla ABŞ hökumətinin normal fəaliyyətinə qayıdacağını vurğulayıb. O, həmçinin demokratları hökuməti həftələrlə sarsıtmaqda ittiham edib.
Qanun layihəsi əvvəlcə Konqres tərəfindən təsdiqlənmişdi.


























