image-reklam-veteninfo
image-1backend

Tramp Əliyevin çıxışını paylaşdı: Bu sadəcə kompliment deyil

image-reklam-veteninfo
Sosial şəbəkələrdə maraqlı bir paylaşım diqqət çəkdi: ABŞ-ın prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin onunla bağlı çıxışını şəxsi səhifəsində yayımladı. Qısaca desək, Əliyev Trampı təbrik edir, onun prezidentliyi dövründə heç bir müharibəyə başlamamasını və ailə dəyərlərinə sadiq qalmasını müsbət qarşılayırdı.
Amma məsələ təkcə bir təbriklə bitmir. Bu çıxışda bir neçə sətiraltı mesaj vardı:
Əvvəla, Əliyev Trampın “Vaşinqton bataqlığını qurudan” bir lider olduğunu deyir. Bu ifadə, əslində, Amerikanın daxili siyasi sistemindəki korrupsiya və lobbiçilikdən bezmiş bir çox insanın dilində tez-tez işlədilən bir metaforadır. Yəni Prezident Əliyev burada Trampı sadəcə bir xarici lider kimi yox, “sistemin qarşısında duran” bir fiqur kimi görür.
İkincisi, Əliyev açıq şəkildə bildirir ki, Trampın yenidən seçilməsi Azərbaycan üçün daha yaxşı olar. Bu da sırf diplomatik təbrik çərçivəsini aşan bir fikirdir. Belə çıxır ki, Bakıdakı rəhbərlik ABŞ-dakı siyasi dəyişikliklərin regiona — xüsusilə Cənubi Qafqaza necə təsir etdiyinin fərqindədir və öz mövqeyini də gizlətmir.
Prezident Əliyev Trampın Qarabağ münaqişəsi sonrası yaranan yeni reallıqları və regionda sülh quruculuğunu dəstəklədiyini xüsusi vurğulayır. Bu da onu göstərir ki, Azərbaycan tərəfi Trampı bölgəyə maraq göstərən və müdaxilə etmədən dəstəkləyən bir tərəfdaş kimi görür.
Trampın da bu çıxışı paylaşması onu göstərir ki, o, Azərbaycanla bu münasibətləri dəyərləndirir. Hər halda, yüzlərlə gündəlik paylaşım içində məhz bu videonu seçib paylaşmaq təsadüfi deyil. Bu, həm də qarşılıqlı mesajların artıq ictimai müstəviyə keçdiyini və gələcək əməkdaşlıq üçün zəmin yaradıldığını göstərir.
Keçək əsas məsələyə: Zəngəzur dəhlizinin 100 illik icarəyə götürülməsi fikri ABŞ-dan yayımlanandan sonra əksər analitik Azərbaycanın prinsipcə üçüncü güclərin bölgədə peyda olmasına etiraz edirdi. Lakin Prezident Əliyevin açıqlamaları daha fərqli bir plan olduğunu ortaya çıxardı.
Hər halda ABŞ Qafqaza dönür deyə bilərik. O zaman əsas sual: Qafqazdan kimlərə təpik vurulub kənara atılır?
Əziz Əlibəyli
Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki