ABŞ prezidenti Donald Tramp Qəzza zolağında humanitar böhrana son qoymaq üçün HƏMAS hərəkatının təslim olmasını və girovların azad edilməsini şərt hesab edib.
Vətəninfo.az xəbər verir ki , o, bu barədə özünün Truth sosial platformasında yazıb.“Qəzzada humanitar böhrana son qoymağın ən qısa yolu HƏMAS-ın təslim olması və girovları azad etməsidir”, – Tramp yazıb.7 oktyabr 2023-cü ildə HƏMAS İsrailə hücum etdi, 1200-dən çox insan həlak oldu və təxminən 250 nəfər əsir götürüldü. Buna cavab olaraq İsrail ordusu Qəzza zolağında HƏMAS-a qarşı əməliyyat keçirdi və burada İsrailin zərbələri nəticəsində ölənlərin sayı artıq 60 mini keçib. HƏMAS hələ də 50-yə yaxın girovu saxlayır, onlardan bəziləri sağ ola bilər.