image-reklam-veteninfo
image-1backend

Tramp: İranla razılaşmaya hazıram

image-reklam-veteninfo

ABŞ prezidenti Donald Tramp noyabrın 18-də bəyan edib ki, o, İranla nüvə proqramı ilə bağlı saziş imzalamaq istəyir. Vətəninfo.az xəbər verir ki, o, bu barədə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşü zamanı bildirib və videosu Amerika mediası tərəfindən yayılıb.

Tramp ABŞ-ın İranın nüvə obyektlərini bombalamasından sonra 12 iyun İsrail-İran müharibəsinə toxunaraq, “Mən buna tamamilə açığım. Biz onlarla danışıqlar aparırıq və prosesə başlayırıq. İranla razılaşma olsa yaxşı olardı və bunu müharibədən əvvəl də edə bilərdik, amma heç nə alınmadı” dedi.

ABŞ prezidentinin sözlərinə görə, Tehran “belə bir razılaşma əldə etməyi çox istərdi”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki