image-reklam-veteninfo
image-1backend

Tramp İsrailə gedir: Parlamentdə çıxış edəcək

image-reklam-veteninfo

ABŞ prezidenti Donald Tramp İsrailə planlaşdırılan səfəri zamanı Knessetdə (İsrail parlamenti) çıxış edə bilər. Vətəninfo.az xəbər verir ki, bu barədə  Axios-un müxbiri Barak Ravid bildirib.

“Prezident Tramp mənə telefonla dedi ki, yəqin ki, yaxın bir neçə gün ərzində İsrailə gedəcək və bəlkə də Knessetdə danışacaq”, – o, cümə axşamı X sosial şəbəkəsində yazıb.

Ravid Trampın sözlərindən sitat gətirib: “Onlar Knessetdə çıxış etməyimi istəyirlər və mən bunu mütləq edəcəm”.

ABŞ prezidenti Qəzza zolağı ilə bağlı əldə olunan razılaşmadan danışarkən vurğulayıb: “Bu, İsrail və bütün dünya üçün əla gündür”.

“İsrailin baş naziri Benyamin Netanyahu ilə söhbətim gözəl oldu. O, çox xoşbəxtdir. Belə də olmalıdır. Bu, böyük nailiyyətdir. Bütün dünya düşmən ölkələr də daxil olmaqla, bu razılaşmanı etmək üçün bir araya gəldi”, – Amerika lideri bildirib.

Xəbər verdiyimiz kimi, Tramp yaxın günlərdə Yaxın Şərqə şəxsi səfərini istisna etməyib.

“Bu həftə sonu özüm ora gedə bilərəm. Bunu bazar günü edə bilərəm”, – Amerika prezidenti qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki