image-reklam-veteninfo
image-1backend

Tramp :” Maduro ilə danışacam”

image-reklam-veteninfo

ABŞ prezidenti Donald Tramp, ABŞ-ın Karib hövzəsindəki hərbi gərginliyə baxmayaraq, Venesuelalı həmkarı Nikolas Maduro ilə əlaqə qurmağı mümkün hesab etdiyini bildirib.Vətəninfo.az xəbər verir ki,  Tramp, jurnalistlərin Maduro ilə danışmağa hazır olub-olmaması ilə bağlı suallarına cavab olaraq, “Müəyyən bir müddətdə mən onunla danışacağam” deyə qeyd edib.

Oval Ofisdə jurnalistlərlə görüşü zamanı ABŞ prezidenti, “Yəqin ki, danışacam” və “Hamı ilə danışdığımı təkrarlayıram” deyə əlavə edib.

Vaşinqton, Venesuela hökumətini narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə kifayət qədər səy göstərməməkdə ittiham edir, lakin Trampın bəyanatı, ABŞ-ın münaqişə və gərginliklərlə dolu bu bölgədə diplomatik əlaqələrə daha açıq yanaşma göstərməyə hazır olduğunu göstərir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki