image-reklam-veteninfo
image-1backend

Tramp  MKİ-yə göstəriş verdi: Maduroya qarşı əməliyyatlara BAŞLAYIN

image-reklam-veteninfo

ABŞ prezidenti Donald Trampın administrasiyası Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) Venesuela prezidenti Nikolás Maduroya qarşı gizli əməliyyatlar aparmaq səlahiyyəti verib. Bu barədə The New York Times nəşrinə istinadla Vətəninfo.az məlumat yayıb.

Məlumata görə, MKİ-yə Venesuela hakimiyyətinə qarşı həm müstəqil şəkildə, həm də ABŞ-ın hərbi strukturları ilə birgə əməliyyatlar həyata keçirmək icazəsi verilib. Bu səlahiyyətlərə “ölümlə nəticələnə biləcək əməliyyatların” keçirilməsi də daxildir.

Hazırda MKİ-nin Venesuelada konkret əməliyyat planlaşdırıb-planlaşdırmadığı barədə məlumat yoxdur.

Qeyd edək ki, bundan əvvəl The New York Times və Reuters yazmışdı ki, Tramp administrasiyası Karakasla diplomatik danışıqları dayandırıb, onları səmərəsiz hesab edib. ABŞ prezidentinin xüsusi nümayəndəsi Riçard Qrenell, Venesuela hökuməti ilə aparılan dialoqa rəhbərlik etdiyi üçün bu vəzifədən uzaqlaşdırılıb.

Eyni zamanda, NYT-nin məlumatına görə, ABŞ administrasiyası münaqişənin kəskinləşməsi halında bir neçə hərbi ssenari hazırlayıb. Bu ssenarilərə Nikolás Madurosunun hakimiyyətdən uzaqlaşdırılması variantı da daxildir. Vaşinqton onu narkotik ticarəti və müxalifətə qarşı repressiyalar aparmaqda ittiham edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki