CNN-in məlumatına görə, Netanyahu Trampa məktubunu Nobel Sülh Mükafatı Komitəsinə təqdim edərək, prezidentin “sülh və təhlükəsizliyə can atmasından” heyran olduğunu bildirib. “Biz danışdıqca, o, ölkədən ölkəyə, bölgədən bölgəyə sülhü yayır. Ona görə də, cənab prezident, Nobel Mükafatı Komitəsinə göndərdiyim məktubu sizə təqdim etmək istərdim. Budur, mən sizi layiq olduğunuz şeyə görə irəli sürürəm. Siz bunu qəbul etməlisiniz”, – Netanyahu bildirib.
Tramp bu addımı gözlənilməz adlandırıb və qeyd edib: “Xüsusilə bunu səndən almaq mənim üçün çox şey deməkdir. Çox sağ ol, Bibi”.
Amerikanın CNN telekanalı yazır ki, bu mükafat bütün dünyada münaqişələrə, o cümlədən İsrail və Həmas arasında müharibəyə son qoymaq səylərinə görə layiq olduğuna inanan Tramp üçün əsl vəsvəsə çevrilib. Netanyahu və Trampın Vaşinqtona səfəri zamanı problemin həlli ilə bağlı müzakirələr aparacağı gözlənilir.