image-reklam-veteninfo
image-1backend

Tramp ölüm hökmünün tətbiqinə icazə verdi

image-reklam-veteninfo

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda ölüm hökmünün tətbiqinə icazə verən sərəncam imzalayıb.

Vətəninfo.az xəbər verir ki, bu qərar ABŞ-ın Kolumbiya Dairəsinə (paytaxt bölgəsi) şamil olunub. Qeyd edək ki, Kolumbiya Dairəsi rəsmi olaraq ABŞ Konqresi tərəfindən idarə olunur.

ABŞ-ın baş prokuroru Pam Bondi, sərəncamın imzalanmasından sonra verdiyi açıqlamada, ölkədə ölüm cəzasının tətbiqini arzuladıqlarını bildirdi. O, “Biz bunun üçün yalnız Vaşinqtonda deyil, bütün ölkə boyu mübarizə aparırıq,” – deyə jurnalistlərə açıqlama verib.

Bundan əlavə, 1973-cü ildən bəri ABŞ-da edama məhkum edilmiş 200 nəfər bəraət qazanıb. Bu bəraət qazananların 108-i isə qaradərili vətəndaşlardır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki