image-reklam-veteninfo
image-1backend

Tramp: “Övladlarımın hər biri ABŞ prezidenti ola bilər”

image-reklam-veteninfo

ABŞ prezidenti Donald Tramp övladlarından hər hansı birinin gələcəkdə ABŞ prezidenti ola biləcəyini bəyan edib.Vətəninfo.az xəbər verir ki, Tramp bu  fikri Fox News-a verdiyi müsahibə zamanı səsləndirib. Onun övladlarından hansını ölkənin gələcək prezidenti kimi görüb-görməməsi ilə bağlı suala Tramp belə cavab verib: “Müəyyən mənada onların hamısı prezident ola bilərdi.”

Xatırladaq ki, Donald Trampın beş övladı var. Onun ilk prezidentlik müddətində qızı İvanka Tramp Ağ Evdə müşavir vəzifəsində çalışıb, lakin sonradan siyasətdən uzaqlaşıb. Oğulları Donald Jr. və Erik Tramp isə atalarının ikinci dövr seçki kampaniyasında fəal iştirak ediblər. Bundan əlavə, Trampın Tiffani adlı qızı və hazırda Nyu York Universitetində təhsil alan ən kiçik oğlu Barron da var.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki