image-reklam-veteninfo
image-1backend

Tramp:”Putini ancaq o yola gətirə bilər”

image-reklam-veteninfo

ABŞ prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpin ilə gözlənilən görüşündə Ukraynada davam edən müharibəni müzakirə etməyi planlaşdırdığını açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, Tramp bu barədə CNN-ə müsahibəsində bildirib:

“Mən onunla Rusiya və Ukrayna arasındakı müharibəni necə bitirə biləcəyimiz barədə danışacağam – istər neft, istər enerji, istərsə də başqa bir məsələ. Düşünürəm ki, o, çox anlayışlı olacaq.”

ABŞ prezidentinin sözlərinə görə, Çin lideri bu məsələdə Rusiya prezidenti Vladimir Putinə təsir göstərə bilər.

“Düşünürəm ki, o, Putinə böyük təsir göstərə bilər. O, hörmətli və çox güclü liderdir. Çin çox böyük ölkədir və Si Cinpinin bir çox insana təsir imkanları var. Biz mütləq Rusiya və Ukrayna barədə danışacağıq,” – Tramp qeyd edib.

Amerika lideri həmçinin Çinlə nadir metallar və nüvə proqramı da daxil olmaqla bir sıra mühüm sahələr üzrə razılaşmalar əldə etməyə ümid etdiyini deyib.

Qeyd edək ki, Donald Tramp və Si Cinpinin 31 oktyabr – 1 noyabr tarixlərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində görüşü planlaşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki