image-reklam-veteninfo
image-1backend

Tramp: “Səkkiz müharibəni dayandırmışam, doqquzuncu Ukrayna münaqişəsi olacaq”

image-reklam-veteninfo

ABŞ prezidenti Donald Tramp Nazirlər Kabinetinin iclasında çıxış edərək səkkiz müharibəni dayandırdığını və növbəti hədəfinin Ukrayna ilə Rusiya arasındakı münaqişənin dayandırılması olduğunu bildirib.

Vətəninfo.az xəbər verir ki, Tramp qeyd edib ki, hazırda ABŞ nümayəndələri Rusiyada danışıqlar aparır və bu prosesin nəticəsinin yaxın günlərdə müəyyənləşəcəyi gözlənilir. “Bu, çox çətin vəziyyətdir. İcazə verin, sizə deyim”, – prezident vurğulayıb.

ABŞ lideri həmçinin bildirib ki, Vaşinqton artıq Ukrayna müharibəsində maliyyə baxımından iştirak etmir. Onun sözlərinə görə, əvvəlki administrasiya münaqişə ilə bağlı çox böyük vəsait xərcləyib.

“Bayden 350 milyard dolları şirniyyat kimi payladı. Bu, çox böyük puldur və mən heç nəyi boş yerə vermirəm. Biz NATO-ya avadanlıq satırıq. Avropa ölkələri bu avadanlığa görə bizə 100 faiz ödəyir, sonra onu Ukraynaya göndərirlər, yoxsa başqa nə etdiklərini bilmirəm”, – Tramp bildirib.

Prezident çıxışında ABŞ-ın mövcud siyasətinin məqsədinin həm xərcləri azaltmaq, həm də münaqişənin diplomatik həllinə nail olmaq olduğunu vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki