image-reklam-veteninfo
image-1backend

Tramp: “ Ukraynaya “Tomahawk” raketlərini verə bilərik”  

image-reklam-veteninfo

ABŞ prezidenti Donald Tramp Ukraynaya “Tomahawk” tipli raketlərin ötürülməsi məsələsinə münasibət bildirib. Dövlət başçısı bu barədə jurnalistlərin suallarını prezident təyyarəsində cavablandırıb. Onun sözləri Новости.live Telegram kanalında dərc olunub.

Vətəninfo.az xəbər verir ki, Tramp qeyd edib ki, hazırda ABŞ Ukraynaya “Tomahawk” raketləri vermək imkanını nəzərdən keçirmir:

“Xeyr. Mən qərarımı dəyişə bilərəm, amma hazırda – yox”, – deyə ABŞ prezidenti bildirib.

Ondan həmçinin Avropadakı dondurulmuş Rusiya aktivlərinin danışıqlarda alət kimi istifadə olunub-olunmayacağı soruşulub.

“Mən bu məsələlərlə məşğul olmuram. Bildiyimə görə, Avropa və Rusiya danışıqlar aparır. Mən bu danışıqlarda iştirak etmirəm”, – deyə Tramp əlavə edib.

Prezidentdən Rusiya lideri Vladimir Putinin Ukraynada müharibəni bitirməyə hazır olduğunu sübut edəcək “son damla”nın nə ola biləcəyi soruşulub. Tramp cavabında belə bir anın baş verməyəcəyini bildirib:

“Heç bir son damla olmayacaq. Bəzən onlara döyüşməyə imkan vermək lazımdır. Bu, Putin üçün ağır müharibədir. O, çox sayda əsgərini itirib, bəlkə də milyonlarla. Ukrayna üçün də çətindir. Bu, hər iki tərəf üçün ağır müharibədir”, – deyə ABŞ prezidenti vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin generalı Nikolay Malomuj bildirmişdi ki, Rusiya prezidenti Vladimir Putin ordusuna noyabrın 15-dək Donetsk vilayətindəki Pokrovsk və Mirnoqrad şəhərlərini ələ keçirməyi tapşırıb. Malomujun sözlərinə görə, Kreml bu uğuru Trampın Çin lideri Si Cinpinlə görüşündən sonra siyasi dividendlər qazanmaq üçün nümayiş etdirmək niyyətindədir.

Bundan başqa, Kremlin sözçüsü Dmitri Peskov da açıqlamasında hazırda Tramp və Putinin görüşünə ehtiyac görmədiyini, lakin gələcəkdə belə bir görüşün istisna edilmədiyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki