image-reklam-veteninfo
image-1backend

Trampa cinayət işi açılır- ABŞ Baş prokuroru  göstəriş VERDİ

image-reklam-veteninfo

Vətəninfo.az Fox News telekanalına istinadən xəbər verir ki, ABŞ-ın baş prokuroru Pamela Bondi 2016-cı il prezident seçkilərində Donald Trampın qələbəsinin guya Rusiya ilə əlaqələndirilməsi məqsədilə qurulan iddia edilən sui-qəsdlə bağlı sübutların məhkəməyə təqdim olunması üçün rəsmi göstəriş imzalayıb.

Kanalın müxbiri canlı yayımda bildirib ki, baş prokuror Bondi bu gün adı açıqlanmayan bir federal prokurora böyük jüri qarşısında sübutların təqdim olunmasını əmr edən sənədə imza atıb.

Söhbət Trampın prezidentliyə namizədliyi dövründə onun Rusiya ilə guya əlaqələrinin qurulması və bu əlaqələr vasitəsilə seçkilərə təsir göstərilməsi iddialarını gündəmə gətirən mümkün bir sui-qəsddən gedir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki