image-reklam-veteninfo
image-1backend

Trampdan diqqətçəkən etiraf: İranla bağlı qərarı onlara görə saxlamışam

image-reklam-veteninfo

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla qarşıdurmada daha sərt addımlar atmamasının səbəbini açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, Tramp noyabrın 12-də televiziya aparıcısı və siyasi şərhçi Stiven Smitə müsahibəsində bildirib ki, ABŞ Yaxın Şərqdəki müttəfiqlərinin xahişi ilə Tehranla münaqişədə hələlik təmkinli davranır.

Amerika lideri vurğulayıb ki, istəsə, qarşıdurmaya dərhal son qoya bilər. Lakin ABŞ-nin qorumağa çalışdığı ölkələr Vaşinqtondan hərbi əməliyyatlarla bağlı tələsməməyi xahiş edirlər.

Tramp Səudiyyə Ərəbistanının ona müraciət edərək mövcud vəziyyətin bir müddət dəyişdirilməməsini istədiyini bildirib.

O, həmçinin Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin də oxşar mövqedə olduğunu qeyd edib.

ABŞ Prezidenti müttəfiqlərinin müraciətlərini nəzərə alaraq daha ehtiyatlı davranmaq qərarına gəldiyini söyləyib. Bununla belə, Tramp bu yanaşmanı tam dəstəkləmədiyini və məsələyə fərqli münasibətinin olduğunu da etiraf edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki