image-reklam-veteninfo
image-1backend

Trampın çıxışı zamanı insident yaşanıb

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Knessetdə çıxış etdiyi zaman insident baş verib.

İsrail mediasının xəbərinə görə, parlament üzvləri Ayman Odeh və Ofer Kassif İsrailin Qəzzada apardığı siyasətə etiraz olaraq “soyqırım” yazılmış pankart qaldırıblar. Hadisə zamanı mühafizəçilər onları zaldan çıxarıblar.

Ayman Odeh Fələstin-İsrail əsilli, Ofer Kassif isə kommunist Hadaş partiyasını təmsil edir və bu fraksiyadakı yeganə yəhudidir.

İnsident Trampı qorxutmayıb. O, “Çox təsirli idi” deyərək çıxışına davam edib. Respublikaçı lider ABŞ-ın İsrailə “çoxlu silah” verdiyini vurğulayıb və əlavə edib:

“Bibi (Baş nazir Netanyahunun ləqəbi) mənə zəng edib dedi: ‘Mənə bu silahı verin, o silahı verin’, heç bilmədiyim adlar.”

Tramp İsrailin Baş naziri Binyamin Netanyahu haqqında da istehzalı fikirlər səsləndirib:

“O, ən asan anlaşan insan deyil. Amma onu bu qədər yaxşı edən də budur.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki