image-reklam-veteninfo
image-1backend

Trampın göstərişi ilə Ağ Ev sökülür

image-reklam-veteninfo

ABŞ Prezidenti Donald Trampın göstərişi ilə Ağ Evin bir hissəsinin sökülməsinə başlanılıb. Söküntü işləri, yeni bal zalının inşası ilə bağlı həyata keçirilir. Vətəninfo.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzetinə istinadən məlumat verilib.

Mənbələrin bildirdiyinə görə, işçi briqadalar Ağ Evin Şərq Qanadında söküntü işlərinə start veriblər. Ekskavatorlar artıq binanı sökür və tikinti texnikasının səsləri Ağ Evin ətrafında eşidilir.

Qeyd edək ki, Tramp daha əvvəl açıqlamasında mövcud struktura zərər vurulmayacağına dair söz vermişdi. Prezident iyul ayında sərəncam imzalayarkən belə demişdi:

“Bu (bal zalı) mövcud binaya toxunmayacaq, ona mane olmayacaq. Binanın yanında yerləşəcək, lakin onun strukturuna qarışmayacaq.”

ABŞ rəsmilərinin verdiyi açıqlamaya görə, bu dəyişiklik Trampın prezidentliyindən əvvəl Ağ Evdə aparılmış yenidənqurma işlərinin davamı kimi qiymətləndirilir. Yeni bal zalı Ağ Evin Şərq Qanadını əvəzləyəcək.

Prezident Tramp layihənin ilkin maliyyə dəyərini 200 milyon dollar olaraq açıqlamışdı, lakin son hesablamalara əsasən bu rəqəm 250 milyon dollara yüksəlib. Planlaşdırılan bal zalında 650 nəfərədək qonağın yerləşdirilməsi nəzərdə tutulur ki, bu da hazırkı Şərq otağının tutumundan üç dəfə çoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki