image-reklam-veteninfo
image-1backend

Trampın Ukrayna sülh planı açıqlandı

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Ukraynalı deputat Aleksey Qonçarenko, ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı hazırladığı sülh planını dərc edib. Planda bir sıra mühüm müddəalar yer alır:

Ərazi Məsələləri:

Krım, Luqansk və Donetsk bölgələri de-fakto Rusiya əraziləri kimi tanınır.

Xerson və Zaporojya təmas xətti boyunca müharibə əməliyyatları dayandırılacaq.

Ukrayna, Donetsk vilayətinin işğal olunmamış hissəsindən qoşunlarını çıxaracaq və burada demilitarizasiya olunmuş bir bufer zonası yaradılacaq.

Təhlükəsizlik və Beynəlxalq Status:

Ukrayna, NATO-ya üzv olmaqdan imtina edəcək və bu, ölkənin konstitusiyasında qanunla təmin ediləcək.

NATO qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsi qadağan ediləcək.

Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı 600 min nəfərlə məhdudlaşdırılacaq.

Ukrayna, özünün qeyri-nüvə statusunu təmin edəcək.

Enerji:

Zaporojye atom elektrik stansiyası, MAQATE-nin beynəlxalq nəzarəti altında işləyəcək.

İstehsal olunan elektrik enerjisi, Rusiya və Ukrayna arasında bərabər şəkildə bölüşdürüləcək (50/50).

ABŞ və Ukrayna, qaz infrastrukturunun (boru kəmərləri və anbarlar) bərpası və modernləşdirilməsi üçün əməkdaşlıq edəcək.

İqtisadi Aspektlər:

Rusiya, sanksiyaların ləğv edilməsilə tədricən qlobal iqtisadiyyata qayıdacaq.

Rusiya, Böyük Səkkizlik (G8) qrupuna geri dönəcək.

100 milyard dollarlıq dondurulmuş Rusiyanın aktivləri, Ukraynanın Bərpa Fondu üçün istifadə ediləcək.

ABŞ və Avropa, Ukraynanın infrastrukturunun və iqtisadiyyatının bərpasına sərmayə qoyacaq.

Zəmanətlər və İcra Monitorinqi:

ABŞ, Ukraynaya təhlükəsizlik zəmanəti verəcək.

Sazişin icrasını izləmək üçün ABŞ-Rusiya işçi qrupu yaradılacaq.

Rusiya, Avropaya və Ukraynaya təcavüz etməmək öhdəliyi götürəcək və bu, qanunda təsbit ediləcək.

Nüvə Silahlarının Yayılmaması Müqaviləsi yenilənəcək.

Humanitar Məsələlər:

Müharibə əsirlərinin və mülki girovların tam mübadiləsi həyata keçiriləcək.

Müqavilə imzalandıqdan 100 gün sonra Ukraynada prezident seçkiləri keçiriləcək.

Münaqişənin bütün tərəfləri üçün tam amnistiya nəzərdə tutulur.

Sənəddə bütün tərəflər razılığa gəldikdən sonra dərhal atəşkəs elan edilməsi və sazişin icrasına nəzarət etmək üçün Donald Trampın sədrliyi ilə Sülh Şurası yaradılacağı tələb olunur.

Daha əvvəl Axios mənbələrinə istinadən xəbər vermişdi ki, Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ-ın Ordu Katibi Daniel Driscoll ilə “tezliklə” yeni sülh planını imzalamaq barədə razılığa gəlib. Zelenski, bu sənəd üzrə Tramp administrasiyası ilə əməkdaşlığa hazır olduğunu təsdiqləyib.

RBC-Ukrayna-nın yüksək rütbəli amerikalı məmura istinadən verdiyi məlumata görə, “tezliklə” ifadəsi, Trampın sənədi dərhal imzalamaq tələbini nəzərdə tutur. Bu da o deməkdir ki, sənədin imzalanması mümkün qədər tez olmalıdır.

Financial Times-a görə, ABŞ, Zelenskinin bu proqramı noyabrın 27-dək imzalamasını və Rusiyanın razılaşmanın şərtləri ilə bağlı müzakirələri dekabrın əvvəlinə qədər tamamlamasını gözləyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki