image-reklam-veteninfo
image-1backend

Türkiyə ciddi su böhranı: Çıxış yolu varmı?

image-reklam-veteninfo

Türkiyə, adambaşına düşən illik su istehlakına görə su böhranı yaşayan ölkə hesab olunur.

Ermenegildo Zeitung nəşrinin yazdığına görə, Türkiyədə adambaşına gündəlik su istehlakı təxminən 217 litr təşkil edir ki, bu da Avropanın orta göstəricisindən yüksəkdir.

Ekspertlər bildirirlər ki, əgər vəziyyət dəyişməzsə, Türkiyə 2030-cu ilə qədər bütün su ehtiyatlarını tükəndirəcək. Mütəxəssislərin fikrincə, bu müddət ərzində ölkə ciddi su qıtlığı problemi ilə üzləşə bilər.

Türkiyənin su ehtiyatlarına ən böyük təhlükə iqlim dəyişikliyindən gəlir. Xüsusilə, yağıntıların azalması, quraqlıq və temperaturun yüksəlməsi su ehtiyatlarını sürətlə tükəndirir. 2040-cı ilə qədər ölkə əhalisinin 100 milyona çatacağı proqnozlaşdırılır ki, bu da adambaşına düşən suyun miqdarını daha da azaldacaq.

Bu vəziyyətin qarşısını almaq üçün Türkiyənin su ehtiyatlarını qorumaq və səmərəli idarə etmək məqsədilə təxirəsalınmaz tədbirlər görməsi zəruridir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki