Vətəninfo.az xəbər verir ki, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Türkiyənin Dünya Bankından 6 milyard dollar borc alacağını açıqlayıb.
Bayraktar qeyd edib ki, ilk mərhələdə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Antonella Bassani ilə 6 milyard dollarlıq maliyyə paketi ilə bağlı razılığa gəliblər.
Nazirin sözlərinə görə, bu, yüksək gərginlikli elektrik enerjisinin ötürülməsinə investisiyalar üçün istifadə olunacaq. Bərpa olunan enerji, nüvə enerjisi və təbii qaz sahələrində əməkdaşlıq imkanları da müzakirə olunub.


























