image-reklam-veteninfo
image-1backend

Türkiyə Fransanı HƏDƏLƏDİ: Bu bizim daxili işimizdir

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, rəsmi Ankara Fransanı Türkiyə daxilində məhkəmə proseslərinə müdaxilə etmək cəhdində ittiham edib. 

Fransa Xarici İşlər Nazirliyi iyulun 7-də Türkiyənin bir sıra müxalifətçilərinin, o cümlədən Adana, Antalya və Adıyaman bələdiyyə sədrlərinin həbsi ilə bağlı narahatlığını ifadə etdikdən sonra Türkiyə Xarici İşlər Nazirliyi cavab verib.

Fransa Xarici İşlər Nazirliyi Türkiyə hakimiyyətini öz vətəndaşlarının və müxalif deputatların hüquqlarına hörmət etməyə, ədalətli mühakimə hüququ və söz azadlığının həyata keçirilməsini təmin etməyə çağırmışdı.

“Fransa Avropa və Xarici İşlər Nazirliyinin ölkəmiz daxilindəki məhkəmə proseslərinə müdaxilə xarakteri daşıyan bəyanatını rədd edirik. Türkiyə qanunun aliliyi prinsipinə uyğun olaraq bütün vətəndaşlarının ədalətli və qərəzsiz məhkəmə araşdırması hüququnu təmin edir”, – Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir  .

Türkiyə tərəfi Fransaya öz daxili qanunvericiliyinə və məhkəmə sisteminin müstəqilliyinə hörmət etməyi, “başqa ölkələrə yönəlmiş siyasi bəyanatlardan çəkinməyi və öz daxili məsələlərinə diqqət yetirməyi” tövsiyə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki