Azərbaycan və Türkiyə arasında münasibətlər “bir millət, iki dövlət”müstəvisi üzərində qurularaq tarixi əlaqələrdən strateji müttəfiqlik münasibətlərinə qədər şərəfli bir yol keçib. Türkiyə Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətdir və xatırlatmaq yerinə düşər ki, zamanında, yəni 1918-ci ilin 28 mayında dövlət müstəqlilliyini bəyan etmiş Azərbaycan Cümhuriyyətinin müstəqllliyini ilk olaraq Osmanlı tanıyıb, tərəflər arasında iyunun 4-də dostluq və qarşılıqlı yardım barədə müqavilə imzalanıb.
Dövlətlərimiz arasında iqtisadi, ticari münasibətlər yüksələn xətlə inkişaf edib, 2023-cü ildə ticarət dövriyyəsinin ümumi həcmi 8 milyard dollara çatıb, Azərbaycan bu müddət ərzində Türkiyə iqtisaduyyatının müxtəlif sahələrinə 20 milyard dollardan çox invenstisiya yatırıb.
Türkiyənin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın müstəsna rolu var.
2006-cı ildən Türkiyə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə neft, 2007-ci ildən Bakı-Ərzurum-Qars kəməri ilə qaz alır. Türkiyənin qaza olan tələbatının ödənilməsində Cənubi Qafqaz Neft kəmərinin (TANAP) xususi rolu var.
Türkiyə ilk gündən Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olub, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqq işini müdafiə edib, Kəlbəcərin işğalından sonra Ermənistanla dövlət sərhədlərini baglayıb. Tərəflər arasında hərbi əməkdaşlıq münasibətləri durmadan genişlənib, Azərbaycan ordusunun modernləşdirilməsi, hərbi gücü və müdafiə qabiliyyətinin yüksəlməsində döyüş təlimlərinin xüsusi rolu olub. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə ilə hərbi əməkdaşlıq münasibətlərimizin qələbəmizin əldə edilməsində müstəsna rolu olub. Müharibə başa çatdıqdan sonra hərbi sahədə əməkdaşlığın genişləndirilməsi, dinamizmin artmasında 2021-ci ilin 15 iyun Şuşa bəyannaməsinin xususi rolu olub.
Dövlətlərimiz arasında qardaşlıq münasibətlərinin güclınməsinə 2007-ci ildə yaranan Turk Dövlətlərinin Əməkdaşlıq Şurasının böyük rolu olub, 2019-cu ildən bu münasibətlər keyfiyyət baxımından yeni mərhələyə adlayıb. Türkiyə Azərbaycan Prezidenti İlham Əliyevin regional əməkdaşlığa dair 3+3 formatında layihəsini bəyənir, bu çərçivədə regional təhlükəsizlik problemlərinin həllində rəsmi Bakının təkliflərini dəstəkləyir.
Elşən Manafov – siyasi sərhçi, politoloq