image-reklam-veteninfo
image-1backend

 Türkiyə millisi bu gün Belçika ilə qarşılaşacaq – Sergen Yalçın debüt edəcək

image-reklam-veteninfo

UEFA Millətlər Liqasının A Liqasında mübarizə aparan Türkiyə millisi bu gün İzmirdə Belçika yığmasını qəbul edəcək. Qarşılaşma yeni baş məşqçi Sergen Yalçın üçün də ilk sınaq olacaq.

Vətəninfo.az xəbər verir ki, UEFA Millətlər Liqasının A Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Türkiyə və Belçika milli komandaları üz-üzə gələcək.

İzmir şəhərindəki Gürsel Aksel stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanın Türkiyənin ATV telekanalı vasitəsilə canlı yayımlanacağı bildirilir.

Bu oyun Türkiyə millisinin tarixində 659-cu qarşılaşma olacaq. Komanda indiyədək keçirdiyi 658 oyunda 260 qələbə qazanıb, 151 dəfə heç-heçə edib və 247 görüşdə məğlub olub. Türkiyə yığması bu matçlarda rəqib qapılarından 908 top keçirib, öz qapısından isə 943 qol buraxıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki