Türkiyənin Hatay vilayətində yerləşən Gözen adlı kənd ölkənin ən maraqlı və qeyri-adi yaşayış məntəqələrindən biri kimi tanınır.
Vətəninfo.az xəbər verir ki, kəndin unikal xüsusiyyəti ondadır ki, burada yaşayan 2000 nəfərin hamısının soyadı eynidir – “Daduk”. Bu söz türk dilində “şirin” mənasını verir.
Kənd sakinləri bildiriblər ki, illər ərzində müxtəlif ailələr yaransa da, “Daduk” soyadı dəyişməz qalıb. Əvvəllər eyni soyad çaşqınlıq yaratsa da, pasport nömrələrinin tətbiqi ilə bu problem aradan qaldırılıb. Maraqlıdır ki, kənd qəbiristanlığındakı bütün məzar daşlarında da eyni soyad yazılıb.
Kəndin icma rəhbəri Yusif Dadyuk deyib ki, Gözen rəsmi ad olsa da, bölgədə bu yaşayış məntəqəsini çox vaxt “Dadyuk kəndi”, qonşular isə sakinlərini “Yeni Dadyuklular” adlandırır.
“Kənddə səkkiz nəsil var və biz kiminsə atasının kim olduğunu yaxşı bilirik. Buna görə bir-birimizi qarışdırmırıq. Adətən bu barədə sualları müəllimlər və ya kənardan gələnlər verirlər. İlk dəfə eşidəndə təəccüblənirlər, amma sonra öyrəşirlər,” – deyə Yusif Dadyuk bildirib.