Türkiyənin Mərsin bölgəsində işçiləri daşıyan servis avtobusu qəzaya düşüb.
Türkiyə mətbuatı xəbər verir ki, kənd təsərrüfatı işçilərini daşıyan avtobusun dərəyə yuvarlanması nəticəsində 5 nəfər ölüb, 14 nəfər yaralanıb.
Hadisə yerinə xilasediciləri və təcili tibbi yardım heyəti cəlb olunub.
Qəzanın səbəbləri araşdırılır.