image-62838f5206fbd62838f5206fbe165278907462838f5206fba62838f5206fbcbackend

Türkiyədə məcburi köçkün problemi ilə bağlı konfrans keçiriləcək

image-reklam_sirab_01

“Qlobal miqrasiya artıq əsas problemlərdən birinə çevrilib”.

Veteninfo xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.

TBMM sədri bildirib ki, dünyanı soyanlara, insanların yaşadığı yerləri tanınmaz hala salanlara qarşı mübarizə aparmaq bizim vəzifəmizdir: “Məcburi köçkünlər probleminin həlli üçün biz bu problemin beynəlxalq ictimaiyyətin diqqətində olması üçün səylər göstəririk. Biz bütün imkanlarımızı səfərbər edərək bəşəriyyətin rifahı naminə səylərimizi göstəririk. 20-21 iyul tarixində Türkiyədə bununla bağlı konfrans keçirəcəyik. Fürsətdən istifadə edərək burada olanları da həmin konfransa dəvət edirik, çox böyük konfrans olacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki