Gecə yarısından etibarən İstanbulda Telegram messenceri, X sosial şəbəkəsi, YouTube video hostinq xidməti, həmçinin Instagram, Facebook və WhatsApp işləmir.
Vətəninfo.az xəbər verir ki, Türkiyə rəsmiləri bloklama ilə bağlı hələlik şərh verməyib. Bundan əvvəl Radio və Televiziya Ali Şurasının rəhbəri Ebubekir Şahin bəyan etmişdi ki, nəşrləri “ictimai təhlükəsizliyə zərər vuran” KİV-lər bloklana bilər, o cümlədən yayım lisenziyaları ləğv edilir.
Xatırladaq ki, dünən İstanbulda etirazlar başlayıb. Türkiyə mətbuatının məlumatına görə, yüzlərlə nümayişçi ölkənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının qərargahı yaxınlığında toplaşıb və polislə toqquşma baş verib.