image-2backend

Türkiyədəki sel fəlakətində həlak olanların sayı artıb

image-reklam_sirab_01

Türkiyənin Şanlıurfa və Adıyaman vilayətlərində  baş verən sel fəlakətində Şanlıurfada 13, Adıyamanda 2 nəfər həyatını itirib. Vətəninfo.az xəbər verir ki, Şanlıurfada 2, Adıyamanda isə 2 itkin düşmüş şəxsin axtarışları davam edir.

Fevralın 6-da baş verən zəlzələdən zərərçəkən Şanlıurfa və Adıyamanda bu dəfə daşqınlar baş verib.

Küçələr dərəyə çevrilib, maşınlar sürüklənib. Şanlıurfanın mərkəzindəki Abide Köprülü Qovşağı və alt keçid su ilə dolub. Şəhərin mərkəzi çay yatağına çevrilb.

Yağan leysan nəticəsində su ilə dolan Abide Köprülü Qovşağı və yeraltı keçiddə axtarış-xilasetmə işləri davam edir.

Yağış və sel səbəbindən şəhərdə təhsil bir günlük dayandırılıb.

Şanlıurfa Valiliyi dərəyə və kanal yatağına yaxın yer və zirzəmilərdə yaşayanlardan sel təhlükəsinə qarşı evlərini boşaltmalarını istəyib.

Bölgədə axtarış-xilasetmə işləri davam edir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki