Egey dənizi sahilindəki Çeşmə kurortunda güclü meşə yanğını başlayıb, yanğın evlərə çatıb, 3 kəndin sakinləri artıq təxliyə edilib.
Vətəninfo.az xəbər verir ki , bu barədə iyulun 2-də NTV məlumat yayıb.
Yanğın saat 13:40-da baş verib. İldır rayonunda əkinçilik sahələrində və güclü külək nəticəsində yanğın meşəyə keçib. “Yanğın beş təyyarə, 18 helikopter və 36 yanğınsöndürən maşınla söndürülür”, – telekanal xəbər verir.