image-64116089a851ebackend

Türkiyənin vitse-prezidenti bütün tərəfləri Şimali Kıbrıs Türk Cümhuriyyətini tanımağa çağırıb

image-reklam_sirab_01

Türkiyənin vitse-prezidenti Fuat Oktay bütün tərəfləri Kıbrıs (Kipr) türklərinin hüquqlarını qeydiyyata almağa və Şimali Kıbrıs Türk Cümhuriyyətini (ŞKTC) tanımağa çağırıb.

Vətəninfo.az xəbər verir ki, Fuat Oktay paytaxt Ankaradakı Prezident İqamətgahında KKTC Baş naziri Ünal Üstel ilə birgə mətbuat konfransı keçirib.

Türkiyenin həm iqtisadi inkişafda, həm də Kıbrıs türklərinin beynəlxalq aləmdə ədalət mübarizəsində KKTC-nin yanında olduğunu ifadə edən Oktay Kıbrıs türkləri ilə əbədi bağlılıqları səbəbiylə həm kədərdə, həm də sevincdə bir olduğunu bildirib.

Ana vətən Türkiyə olaraq Kıbrıs türklərinə dəstəyini davam etdirəcəklərini vurğulayan Oktay deyib:

“Beynəlxalq arenada Kıbrıs türklərinin ədaləti uğrunda mübarizədə KKTC-nin yanındayıq. Tarix göstərdi ki, Kıbrıs türklərinin hüquqlarına məhəl qoymayan istənilən yanaşmanın uğur şansı yoxdur. Kıbrıs türk xalqı 1963-cü ildə Rum tərəfinin öz əlləri ilə dağıdıb məhv etdiyi Kıbrıs Respublikasının bərabərhüquqlu qurucuları və bərabər tərəfdaşlarıdır. Ölkəmiz bu faktı əsas götürən, ada ilə bağlı hərtərəfli və həyati bir həll üçün iki tərəfin suveren bərabərliyinə və bərabər beynəlxalq statusuna əsaslanan baxışı tam dəstəkləyir. “Kıbrıs Türk Cümhuriyyəti üçün dərhal indi” deyərək buradan bir daha həqiqətləri görərək bütün tərəfləri Kıbrıs türklərinin hüquqlarını qeydiyyata almağa və KKTC-ni tanımağa çağırırıq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki