Ukraynanın əhalisinin sayının 2026-cı ilin ortalarına qədər 28,5 milyona qədər azalacağı proqnozlaşdırılır.
Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun direktoru Ella Libanova “Novosti.Live” telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, institut bir neçə gün əvvəl ölkə əhalisinin sayına dair yarımillik proqnozu tamamlayıb.
“Emiqrasiya səbəbindən artıq yarım milyon nəfər itirmişik”, – deyə Libanova qeyd edib.
Bununla yanaşı, bəzi ekspertlər Ukrayna əhalisinin sayının daha da az olduğunu iddia edirlər. İqtisadçı Aleksey Kuş ölkə əhalisinin 20 milyon nəfərə yaxınlaşdığını bildirib.
Ukraynanın keçmiş baş naziri Nikolay Azarov da TASS-a müsahibəsində əhalinin sayının təxminən 20 milyon nəfər olduğunu qeyd edib.
Qeyd edək ki, təqdim olunan rəqəmlər müxtəlif şəxslərin qiymətləndirmələrinə əsaslanır və onların hesablanma metodologiyası barədə əlavə məlumat verilməyib.


























