image-reklam-veteninfo
image-1backend

Ukrayna Moskva yaxınlığında əsas neft kəmərini partlatdı

image-reklam-veteninfo

Ukrayna qüvvələri Moskva vilayətində böyük neft kəmərini partladıb. Vətəninfo.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Rusiya ordusunu yanacaqla təmin edən Koltsevaya neft kəmərinin üç xətti məhv edilib.

“Dron əleyhinə şəbəkə və düşmən obyektinin hərbiləşdirilmiş mühafizəsi tərəfindən “mühafizəsi” səmərəsiz olub. Benzin, dizel yanacağı və aviasiya yanacağının daşınması üçün istifadə edilən hər üç boru kəməri eyni vaxtda partlayıb. Neft kəməri sıradan çıxıb”, – Baş Kəşfiyyat İdarəsinin (BKİ) açıqlamasında bildirilir.

İdarənin məlumatında qeyd edildiyi kimi, “Oğaq” magistral neft məhsulu kəmərinin uzunluğu 400 kilometrdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki