Vətəninfo.az Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən xəbər verir ki, martın 29-dan 30-na keçən gecə və səhər saat 09:00-dək Rusiya işğalçı qüvvələri Zaporojye vilayətinin Velyka Belozyorka şəhərində bütün qəsəbəyə boyu dağılaraq avadanlıqlarını yaşayış binaları arasında yerləşdirməyə başlayıblar.Məlumatda deyilir ki,Melitopolda Ukrayna silahlı qüvvələri və könüllülər işğalçıların şəhərə daxil olmasının qarşısını almaq məqsədi ilə əlavə maneələr quraşdırmağa başlayıblar.Bundan başqa məlumatda deyilir ki, işğalçı rus ordusunun canlı qüvvə toplama problemləri günü-gündən artmağa başlayıb. Ukrayna kəşviyyatına istinadən Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlunata görə, işğalçı Rus ordusunun müqaviləli hərbiçilərdən formalaşdırılan 47-ci tank diviziyasının 26-cı tank alayının çağırışçıları müqaviləni pozaraq Ukraynadan – vətəni Rusiyaya qayıtmaları barədə hesabatlar verməyə başladılar. Donetsk və Luqansk istiqamətlərində isə Ukrayna ordusu düşmənin 4 hücumu dəf edib. İşğalçı ordu 7 tank, 7 zirehli texnika, 2 avtomobil, 1 tank əleyhinə silah itirib.


























