image-reklam-veteninfo
image-1backend

Ukrayna pilotsuz təyyarələrlə Kursku vurdu: ölən və yaralananlar var

image-reklam-veteninfo
Rusiyanın Kursk vilayətində binaya hücum nəticəsində 3 nəfər ölüb, daha 7 nəfər yaralanıb.Vətəninfo.az xəbər verir ki, bu barədə Kursk qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteyn Telegram-da bildirib.

O əlavə edib ki, yaralılardan beşinin vəziyyəti ağırdır, onlardan biri uşaqdır.

Rəsmi Ukrayna pilotsuz təyyarələrinin mülki ərazini vurduğunu və yaxınlıqda heç bir hərbi obyektin olmadığını bildirib.

Rusiya Müdafiə Nazirliyi öz növbəsində hava hücumundan müdafiə qüvvələrinin Bryansk, Tula, Belqorod, Oryol, Moskva, Smolensk, Voronej və Ryazan vilayətlərində bir gecədə 86 Ukrayna pilotsuz təyyarəsini vurduğunu bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki