image-reklam-veteninfo
image-1backend

Ukrayna PUA-larla hücuma KEÇDİ

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, növbətçi hava hücumundan müdafiə sistemləri ötən gecə Rusiyanın dörd regionu, Qara dəniz və Azov dənizi üzərində ümumilikdə 65 Ukrayna pilotsuz uçuş aparatını məhv edib.

Məlumatda bildirilir: “Dünən gecə, noyabrın 18-i saat 23:00-dan noyabrın 19-u saat 07:00-a qədər növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 65 PUA-nı aşkar edərək məhv edib.”

Qeyd olunur ki, məhv edilən PUA-lardan

16-sı Qara dənizin,

14-ü Voronej vilayətinin,

14-ü Krasnodar diyarının,

11-i Belqorod vilayətinin səması üzərində vurulub.

Bundan əlavə, Azov dənizi üzərində 9, Bryansk vilayəti üzərində isə 1 pilotsuz uçuş aparatı zərərsizləşdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki