image-reklam-veteninfo
image-1backend

Ukrayna Tramp–Zelenski görüşünün bu həftə ABŞ-da keçiriləcəyini gözləyir

image-reklam-veteninfo

Cenevrədə aparılan danışıqlardan sonra Rusiya və Ukrayna arasında sülh sazişinin əsas şərtlərinin razılaşdırıldığı bildirilir. Ukrayna prezidenti Vladimir Zelenskinin yaxın günlərdə ABŞ-a səfəri gözlənilir.

Vətəninfo.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi və danışıqlarda iştirak edən nümayəndə heyətinin üzvü Rüstəm Umerov Telegram-da bildirib.

Umerov qeyd edib ki, Ukrayna və ABŞ nümayəndə heyətləri Cenevrədə müzakirə olunan sənədin əsas maddələri üzrə razılıq əldə ediblər:
“Biz növbəti mərhələlərdə avropalı tərəfdaşlarımızın dəstəyinə ümid edirik.”

O həmçinin əlavə edib ki, Ukrayna prosesin son mərhələlərini yekunlaşdırmaq və ABŞ prezidenti Donald Trampla razılaşmanı rəsmiləşdirmək üçün Zelenskinin noyabr ayında mümkün qədər tez ABŞ-a səfər etməsini gözləyir.

Məlumata görə, noyabrın 23-də Cenevrədə keçirilən danışıqlardan sonra Ukrayna və ABŞ nümayəndələri Rusiya–Ukrayna münaqişəsinin başa çatdırılması ilə bağlı müəyyən razılıqlar əldə ediblər. ABŞ-ın təklif etdiyi 28 bəndlik sənəd bir sıra dəyişikliklərə məruz qalıb və bəzi maddələrin sayı azaldılıb.

Mətbuatda dərc olunan məlumatlara görə, plan aşağıdakı məsələləri özündə ehtiva edir:

NATO Nizamnaməsinin 5-ci maddəsinə əsaslanan təhlükəsizlik təminatları,

Rusiya və Ukrayna arasında “Hücum etməmək haqqında” müqavilə,

Ukraynanın NATO-ya üzvlükdən imtinası,

Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılması.

Bundan başqa, təklifə əsasən, Ukrayna Donetskin Kiyevin nəzarəti altında olan şərq rayonlarından qoşunlarını çıxarmalı, beynəlxalq ictimaiyyət isə Rusiyanın Donetsk, Luqansk və Krım üzərində faktiki nəzarətini tanımalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki