image-623d91307a371623d91307a3721648202032623d91307a36f623d91307a370-1backend

Ukraynada teatr bombalandı, 300 nəfər öldü

image-reklam_sirab_01

Rusiya hərbi qüvvələri tərəfindən mühasirəyə alınan Ukraynanın Mariupol şəhərindəki teatrın bombalanması nəticəsində 300 nəfərin öldüyü ehtimal edilir.

Bu barədə Mariupol Şəhər Şurası “Telegram” səhifəsində bildirib.

“Şahidlərin verdiyi məlumata görə, Mariupol Dram Teatrında Rusiya təyyarəsinin bombardmanı nəticəsində 300-ə yaxın adam həlak olub”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, martın 16-da Rusiya hava qüvvələri Mariupoldakı Dram Teatrına zərbələr endirib.

Dram Teatrı bomba sığınacağı kimi istifadə olunurdu, burada 1000-ə qədər qadın və uşağın olduğu bildirilirdi.

Qeyd edək ki, Mariupolda humanitar böhran yaşanır. Mariupol Şəhər Şurası yardım üçün müraciət məktubunda bildirib ki, şəhərdə aclıqdan ölənlərin sayı getdikcə çoxalır. Şəhər Rusiya hərbi qüvvələrinin mühasirəsindədir və ora humanitar yardımın çatdırılmasına icazə verilmir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki