image-62567d126187562567d12618761649835282053fd6980c0f36c9b44c175a204f8c01backend

Ukraynada təhsil alan tələbələrin Azərbaycan universitetlərinə köçürülməsi müzakirə olunmur

image-reklam_sirab_01

Ukraynanın ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr müvafiq qaydalar əsasında təhsilini Azərbaycan universitetlərinə köçürə bilər.

Veteninfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, burada hər hansısa bir səbəbə görə heç bir güzəştdən söhbət gedə bilməz: “Tələbələrin köçürülməsi qaydalarla tənzimlənir. Həmin qaydalara uyğun olaraq, yay ayları ərzində tələbələr müraciət edə bilərlər. Hər hansısa xüsusi güzəşt nəzərdə tutulmayıb. Ölkə daxilindən və xaricdən tələbələrin köçürülməsinə münasibətimiz budur ki, proses bu və ya digər bəhanə altında universitetlərə qəbulla nəticələnməməlidir. Ali təhsilə qəbulun ədalətli aparılması önəmli şərtdir. Ədalətlilik mənə görə, Dövlət İmtahan Mərkəzi tərəfindən aparılan imtahanlar əsasında qəbul və ya xarici ölkələrdə təhsil alarkən ora qəbul zamanı təhsil müəssisəsinin reytinqi, tələbənin nailiyyətləri əsasında olmalıdır”.

Emin Əmrullayev qeyd edib ki, başqa meyarlar əsasında qəbulu ədalətli hesab etmir: “Məsələn, kimsə səhhəti ilə əlaqədar ali təhsil müəssisəsinə qəbul olmamalıdır. Çünki ali təhsilə qəbulun əsası hazırlığa söykənir. Təbii ki, müvafiq qaydada ayrı-ayrı vaxtlarda baxıla bilər. Amma hansısa bir şəkildə tələbə Ukraynada təhsil alıbsa, onların Azərbaycan universitetlərinə qeyri-şərtsiz qəbulu və köçürülməsi müzakirə mövzusu deyil. Hazırda ənənəvi qaydada bu tələbələrin müraciət etmək hüququ var. Biz meyar olaraq həmin şəxslərin DİM ballarına, hansı universitetlərdə oxuduqlarına, ora necə qəbul olduqlarına və təhsil aldıqları müddətdə nə əldə etdiklərinə baxacağıq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki