Vətəninfo.az xəbər verir ki, ABŞ-nin təhdidləri ilə üzləşən Venesuela Tehrandan birbaşa hərbi dəstək yox, siyasi yardım istəyib.
“Venesuela Amerikanın təhdidlərinə cavab olaraq İrandan hərbi dəstək istəməyib, lakin İslam Respublikasından siyasi yardım variantlarını müzakirə edib”, – İran Xarici İşlər Nazirliyindəki mənbə Karakasın mümkün hərbi yardım istəyi ilə bağlı suala cavab olaraq bildirib.


























