image-reklam-veteninfo
image-1642577249-vilayet-eyvazovbackend

Vilayət Eyvazov işdən çıxardığı generala yeni VƏZİFƏ VERDİ

image-reklam-veteninfo

Azərbaycanda təqaüdə göndərilən generala yeni vəzifə verilib.

Veteninfo.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bir neçə gün əvvəl təqaüdə göndərilən polis general-mayoru Səfər Əliyev nazirin müşaviri təyin edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl polis general-mayoru Səfər Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar Vilayət Eyvazovun əmri ilə DİN Katibliyinin rəisi vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Digər əmrlə onun yerinə Təşkilati-İnspeksiya İdarəsinin rəis müavini polis polkovniki Nahid Məmmədzadə təyin edilib./lent.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki