İran yeraltı obyektlərdə raket və dron istehsalını bərpa edib və ABŞ-nin yeni zərbələr endirəcəyi təqdirdə hücumlarının coğrafiyasını genişləndirərək Fars körfəzi ölkələrindəki hədəfləri də əhatə edə biləcəyi barədə xəbərdarlıq edib. Vətəninfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti xəbər verib.
Nəşrin məlumatına görə, Tehran yeraltı raket və dron istehsalı müəssisələrini yenidən işə salıb. Bu addım İranın əvvəlki zərbələrə baxmayaraq, hərbi imkanlarını qorumağa və istehsalı davam etdirməyə çalışdığını göstərir.
WSJ qeyd edir ki, İranın əlində hələ də xeyli sayda raket və dron ehtiyatı var. Tehran yeni hərbi qarşıdurma baş verəcəyi təqdirdə bu silahlardan istifadə edə bilər.


























