image-reklam-veteninfo
image-1backend

Xalq artistləri Qarabağa köçməyiblər – “Yəqin onu görüblər və elə biliblər ki, mən daha orada yaşayıram”

image-reklam-veteninfo

Böyük Qayıdış çərçivəsində bir qrup sənət adamının Qarabağdakı ata-baba yurdlarına daimi köçməsi ilə bağlı yayılan məlumatlar öz təsdiqini tapmayıb.

Vətəninfo.az xəbər verir ki, Xalq artistləri Firəngiz Mütəllimova və Naibə Allahverdiyeva Qaynarinfo-ya açıqlamalarında Qarabağa köçmədiklərini bildiriblər.

Firəngiz Mütəllimova Şuşaya qayıtması ilə bağlı məlumatın doğru olmadığını deyib. O, hazırda Bakıda yaşadığını, fəaliyyətini teatrda davam etdirdiyini qeyd edib: “Hələ Bakıdayam, öz işimdə və teatrdayam. Qayıtmaqla bağlı bir xəbər yoxdur. Bütün günü teatrdayam. Nə vaxt şad xəbər olsa, onu hamı biləcək”.

Naibə Allahverdiyeva da Qarabağa daimi köçməsi barədə yayılan xəbəri təkzib edib. Onun sözlərinə görə, bir müddət əvvəl atasına həsr olunan televiziya verilişinin çəkilişləri ilə əlaqədar Qarabağa səfər edib və ehtimal ki, məlumat həmin səfərdən sonra yayılıb.

“Qayıtmamışam. Bir az bundan əvvəl Qarabağda atamla bağlı veriliş hazırlandı. Mən də getmişdim. Yəqin onu görüblər və elə biliblər ki, mən daha orada yaşayıram. Bakıdayam”, deyə o bildirib.

Qeyd edək ki, bundan əvvəl bir qrup tanınmış sənət adamının Böyük Qayıdış proqramı çərçivəsində Qarabağa, ata-baba yurdlarına daimi köçdüyü barədə məlumat yayılmışdı. Həmin şəxslər arasında Firəngiz Mütəllimova, Naibə Allahverdiyeva, Xuraman Şuşalı, Tacir Şahmalıoğlu və Ehtiram Hüseynovun da adları çəkilirdi.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki