image-reklam-veteninfo
image-1backend

Xameneyinin müşaviri: “ Zəngəzur dəhlizi planı  İranın milli birliyi və ərazi bütövlüyünə təhdiddir”

image-reklam-veteninfo

İranın ali rəhbəri Əli Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizi layihəsi ilə bağlı sərt mövqe bildirib. Vətəninfo.az xəbər verir ki, o, bu layihəni “İranın milli birliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş təhdid” kimi qiymətləndirib. Vilayətinin cəfəng sözlərinə görə, “düşmənlər iqtisadi inkişaf bəhanəsi ilə bölgədə məkrli planlar həyata keçirmək istəyirlər. O, iddia edib ki, bölgədə bəzi dövlətlər, xüsusilə də Qərb dairələri və pantürk çevrələr “iqtisadi dəhliz” adı altında İranın şimalında NATO-nun təsir zonasını genişləndirmək istəyir. Vilayətinin fikrincə, bu planlar əslində Cənubi Qafqazda sabitliyi pozmaq, İranın və Rusiyanın mühasirəyə alınması məqsədi daşıyır. O, Azərbaycanın bölgədəki roluna da toxunaraq, Azərbaycan xalqını “düşmən planlarına qarşı ayıq olmağa” çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki