image-1backend

“Yaşıl Azərbaycan: EKOLOGİYA ŞÜURU VƏ DAYANIQLILIQ” adlı lahiyə həyata keçirildi -FOTOLAR

image-reklam_sirab_01

Azərbaycan Gənclər Fondunun Maliyyə dəstəyi, Gənclərin Töhfəsi İctimai Birliyinin və Mingeçevir şəhər Gənclər Evinin Tərəfdaşlığı ilə Mingeçevir Gənclər evində “Yaşıl Azərbaycan: EKOLOGİYA ŞÜURU VƏ DAYANIQLILIQ”adlı lahiyə keçirildi. İlk olaraq layihə rəhbəri Xəqan Qədimov və Beynəlxalq ekspert Məhsəti Hüseynova gənclərin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin abidəsini və Vətən Müharibəsi Qəhrəmanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət etdi.
Daha sonra layihə çərçivəsində keçirilən göruşdə layihə rəhbəri Xəqan Qədimov gənclərə layihə haqqında ətraflı məlumat verdi və layihənin əsas məqsədi gənclərin ətraf mühit və ekoloji təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirilməsi və ətraf mühitin birgə mühafizəsinə cəlb edilməsində fəal iştirakını təmin etmək olduğunu bildirdi.
Sonra Qida Təhlükəsizliyi Hərəkatının Rəhbəri, Ekofəal, COP 28-in iştirakçısı və Dayanıqlı Gələcək Komissiyasının Məsləhət Şurasının üzvü Məhsəti Hüseynova gənclərlə mövzu ilə öz təcrübələrini bölüşdü, eyni zamanda bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Azərbaycanda keçirilməsi və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmiz üçün çox əhəmiyyətli olduğunu vurğuladı. Mənfi iqlim təsirlərinin kənd təsərrüfatı və qida sistemlərinin dayanıqlığını, eləcə də bir çoxlarının, xüsusilə də ən həssas təbəqənin artan aclıq, qida çatışmazlığı və iqtisadi gərginliklər qarşısında qida istehsal etmək və əldə etmək imkanlarının mövcudluğu və bu sahədə gənclərin rolundan bəhs etdi. Bununla yanaşı Su ayaq izinin hesablanması ilə bağlı ətraflı məlumat verərək su israfının qarşısının alınması və sudan düzgün istifadə haqqında məlumat verdi.
Daha sonra gənclər ekologiya ilə bağlı, ətraf mühitin qorunması ilə bağlı müzakirələr etdi və onların ideaları, təklifləri dinlənildi.
Tədbirin sonunda iştirakçılar sertifikatla təltif olundu və xatirə fotosu çəkildi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image