image-reklam-veteninfo
image-1backend

Yaxın Şərqdə sülh hələ uzaqdadır – ABŞ senatoru Lindsey Graham

image-reklam-veteninfo

ABŞ-ın Respublikaçı senatoru Lindsey Graham Yaxın Şərqdə sülhün bərqərar olunması ilə bağlı fikirlərini bölüşüb. NBC telekanalına müsahibəsində senator bölgədə davamlı sülhün əldə olunmasının hələ uzun zaman alacağını bildirib.

“Livandakı Hizbullah və Yəməndəki Husilərlə bağlı problemlər həll olunmayana qədər Yaxın Şərqdə heç vaxt sülh olmayacaq. Çünki onlar İranın etibarlı qüvvələridir”, – deyə Graham vurğulayıb.

Senator eyni zamanda İsrail ilə HƏMAS arasında girovların azad edilməsi ilə nəticələnən sülh razılaşmasını müsbət qiymətləndirib. O, bu razılaşmanın bölgədə güclü və davamlı sülhə gətirib çıxaracağına ümid etdiyini bildirib. Lakin Graham qeyd edib ki, bölgədə əmin-amanlığın tam bərqərar olması üçün hələ uzun bir yol qət edilməlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki