image-reklam-veteninfo
image-1backend

Yəhudi din xadimi ilə Çeçenistanın müftisi arasında qalmaqal: Bu yəhudilərə təhqirdir

image-reklam-veteninfo

“Kommersant” nəşrinin məlumatına görə, Rusiyanın baş ravvini Berl Lazar Çeçenistanın müftisi Salah-Xacı Mejiyevin yəhudiləri “Allahın düşmənləri” adlandıran fikirlərini kəskin şəkildə tənqid edib.

Vətəninfo.az xəbər verir ki, Mejiyev bu açıqlamanı “Çeçen tarixi: Müharibə və Sülh” adlı tok-şouda səsləndirib və “Allahın düşmənləri – yəhudilər və onların yaratdığı ateizm kimi cərəyanlar çoxdan mövcuddur” deyib.

Berl Lazar bəyan edib ki, bu sözlər “bütün yəhudi xalqı və onların inancı üçün təhqiramizdir”:

“Əslində bu ifadələr təkcə yəhudilərə qarşı deyil, həm də illər ərzində Rusiya cəmiyyətinin qurduğu dəyərlərə qarşı yönəlib.”

Baş ravvinin sözlərinə görə, Mejiyevin fikirləri Rusiyada dinlərarası dialoqu dəstəkləyən müsəlman icmasının rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir.

“Ümid edirəm ki, yaxın zamanda Rusiyanın aparıcı İslam rəhbərləri Mejiyevin bu antisemit bəyanatları ilə razılaşmadıqlarını bildirəcək və müsəlman icmasının vahid Allaha inananlar arasında sülh və həmrəyliyə sadiqliyini bir daha təsdiqləyəcəklər,” – deyə Berl Lazar qeyd edib.

O, həmçinin əlavə edib ki, yəhudilər tarixən İslamı “sülh və tolerantlıq dini” kimi qəbul ediblər:

“Əgər bu dinin bəzi nümayəndələri yəhudi dəyərlərini və dünyagörüşünü anlamırlarsa, qoy bizə müraciət etsinlər ki, yəhudilərin nə etdiyini və inanc dəyərlərini necə qoruduqlarını öyrənsinlər.”

Hadisə Rusiya ictimaiyyətində geniş rezonans doğurub və dinlərarası münasibətlər mövzusunu yenidən gündəmə gətirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki