image-reklam-veteninfo
image-1backend

Yəmən husilərinin “beyni” sayılan general məhv edildi

image-reklam-veteninfo

Yəmən husilərinin baş qərargah rəisi Məhəmməd Əbdül-Kərim əl-Qəmari “rəsmi vəzifələrini yerinə yetirərkən” vəfat edib. Vətəninfo.az xəbər verir ki, bu barədə məlumatı Əl-Cəzirə telekanalı husilərə istinadla yayıb.

Husilər Əl-Qəmarinin ölümündə İsraili birbaşa ittiham etməsələr də, münaqişənin davam etdiyini və İsrailin “cinayətlərinə görə müvafiq cəza alacağını” bəyan ediblər. Əl-Qəmarinin hansı şəraitdə öldüyü barədə məlumat verilməyib.

Qeyd edək ki, husilər bundan əvvəl İsrailin hava hücumu nəticəsində Əl-Qəmarinin yaralandığını açıqlamışdılar. General-mayor Əl-Qəmari Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İsraildə raket və dron zərbələri də daxil olmaqla hərbi kampaniyaları koordinasiya edib, 2021-2022-ci illərdə isə Marib əyalətində hücum əməliyyatlarına rəhbərlik edib.

İsrail Müdafiə Naziri İsrael Katz özünün X sosial şəbəkə səhifəsində Əl-Qəmarinin ölümünü təsdiqləyərək bildirib:

“Husi terror təşkilatının baş qərargah rəisi ‘şər oxunda’ yoldaşlarına qoşularaq aldığı yaralardan dünyasını dəyişib. Mən Hərbi Kəşfiyyat İdarəsinin rəisinə və general Binderə təşəkkürümü bildirmişəm.”

Hazırda husilər Yəmənin paytaxtı Sənə, eləcə də ölkənin qərbi və şimalında 20 milyondan çox insanın yaşadığı ərazilərə nəzarət edirlər. Bu, Yəmən əhalisinin təxminən 70%-ni əhatə edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki